Prezidentin mədəniyyət naziri təyin etdiyi şəxs kimdir? - DOSYE
Prezident İlham Əliyev Adil Qabil oğlu Kərimlinin Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Oxu.Az Adil Qabil oğlu Kərimlinin dosyesini təqdim edir.
Adil Kərimli 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olub.
O, “Milan Ekspo”, “Dubay Ekspo” və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik edib, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olub.
Həmçinin, Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələri, Fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə İşçu Qrupunun üzvü olub. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışıb.
“Eurovision” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olub, 2012-ci ildə Bakının bu mahnı müsabiqəsinə ev sahibliyi etdiyi zaman isə müsabiqəyə hazırlıq üzrə İşçi qrupunun rəhbəri kimi çalışıb.
Həmin dövrdə Avropa Yayımları Birliyinin hüquq və ictimai işlər komitəsinin üzvü olub. A.Kərimli 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, 2001-ci ildə isə magistr elmi dərəcəsində bitirib, hüquq üzrə fəlsəfə doktorudur.
Qeyd edək ki, Adil Kərimli Prezidentin 2012-ci il 8 oktyabr tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin edilmişdi.
516 dəfə oxundu