İcra Hakimiyyətində Şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

İcra Hakimiyyətində Şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüş keçirilib
2 aprel 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü ilə əlaqədar Qaradağ rayon, Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, idarə, müəssisə, təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsini rəisi ilə Vətən müharibəsinin Şəhid ailələri və Vətən müharibəsi qazilərinin görüşü keçirilib.
Görüşdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışıb, zəfərlə başa çatan Vətən müharibəsinin dövlətçilik tariximizin şanlı səhifələrindən biri olduğunu bildirib. Qeyd olunub ki, Vətən müharibəsində erməni faşizmi üzərində tarixi Qələbənin qazanılmasında Qaradağ rayonunun igid oğullarının da əməyi az olmayıb. Müharibənin ilk günlərindən böyük ruh yüksəkliyi ilə cəbhəyə yollanan qaradağlı könüllü gənclər, həmçinin hərbi xidmətdə olan əsgər və zabitlər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında şərəfli döyüş yolu keçib, qəhrəmanlıq göstəriblər. Xalqımız qəhrəman övladları ilə hər zaman fəxr edir.
Qaradağ rayon icra hakimiyyəti tərəfindən 23.09.2020-ci ildən bu günə qədər görülən işlər Qaradağ Rayon İcra Hakimiyyətinin aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri tərəfindən məruzə edilmişdir.
Görüş zamanı şəhid ailələri və qazilər dinlənilmiş, mövcud problemlər müzakirə edilmiş və qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll edilmiş, digərlərinin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Görüşdə iştirak edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
İcra Hakimiyyətində Şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüş keçirilib


İcra Hakimiyyətində Şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüş keçirilib
İcra Hakimiyyətində Şəhid ailələri və Vətən müharibəsi qaziləri ilə görüş keçirilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
957 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...