Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi

Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi
“Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Prezidentin 2022-ci il 29 sentyabr tarixli Sərəncamında dəyişiklik edilib.
gundeminfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsini əlavə olaraq 2022-ci və 2023-cü illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirəcək.
Qeyd edək ki, dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilən tədbirlər sırasına mənzil və ya fərdi evlərlə, reabilitasiya vasitələri və reabilitasiya xidməti ilə təminat daxildir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
356 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...