Nazirlikdən oruc tutan şəxslərə müraciət
Səhiyyə Nazirliyi (SN) Elmi-Tədqiqat Kardiologiya İnstitutu ürək-damar xəstəlikləri olan şəxslərə müraciət edib.
“Qafqazinfo”nun məlumatına görə, İnstitutunun direktoru, professor Gülnaz Dadaşova tərəfindən yayılan müraciətdə deyilir:
“Ürək damar sıstemi xəstələrinin nəzərinə! Müqəddəs Ramazan ayında oruc tutub-tutmayacağınızı kardioloqunuza mütləq məsləhət edin! Oruc tutulmasına icazə verildiyi halda isə dərmanları hansı qaydada qəbul edəcəyinizi həkiminizdən soruşun. Orucun nəfsi tərbiyə etdiyini unutmadan iftar və imsakda düzgün qidalanmalı, yetərli maye qəbuluna mütləq diqqət edilməlidir”,
Həkim bildirib ki, sinə ağrısı, nəfəs darlığı kimi ürək-damar xəstəlikləri ilə bağlı davam edən şikayətləri olanlara oruc tutmamalıdırlar:
“Həmçinin, inkişaf etmiş ürək çatışmazlığı olan xəstələr, xüsusilə yay dövründə yüksək dozada diaretik qəbul edən xəstələrin oruc tutması əlverişsizdir. Son 6 ayda infarkt keçirən, ürək xəstəliyi səbəbiylə sinə ağrısı olan, son 6 ayda balon, stent va ya bypass əməliyyatı keçirən, nəzarət olunmayan və ya həyatı üçün təhlükə yaradan aritmiyaları olan xəstələr, rezistent hipertoniya, yəni dərman terapiyasına baxmayaraq, yüksək təzyiqi olan xəstələr qan təzyiqi normallaşana qədər oruc tutmamalıdırlar”.
517 dəfə oxundu