Serbiyanın keçmiş prezidenti: Azərbaycanın dəstəyi olmasa, Avropada enerji stabitliyi olmayacaqdı

Serbiyanın keçmiş prezidenti: Azərbaycanın dəstəyi olmasa, Avropada enerji stabitliyi olmayacaqdı
Azərbaycanın dəstəyi olmasa, bu il Avropada enerji stabilliyi olmayacaqdı, çətinliklərlə üzləşəcəkdik.

APA xəbər verir ki, bunu Serbiyanın keçmiş prezidenti Boris Tadiç 10-cu Qlobal Bakı Forumu çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Boris Tadiç bildirib ki, bu il forumda iştirak etməyə şaddır: “Vurğulamalıyam ki, bu il Azərbaycan qlobal arenada çox vacib rol oynayır, xüsusilə də enerji təhlükəsizliyi, geostrateji baxımından. Mən illərdir ki, Azərbaycanın dostuyam, bilirəm ki, bu ölkə ötən illərdə hansı çətinliklərlə, böhranlarla üzləşib. Amma illə ərzində Azərbaycan inkişaf edib, bu çətinliklərin öhdəsindən gəlib. Azərbaycan böyük işlər görüb. Xüsusilə də bu il Avropanın enerji təhlükəsizliyində çox vacib rol oynayıb. Azərbaycan olmadan Avropada enerji stabilliyi olmayacaqdı"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
401 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...