ABŞ bu gün Ukraynaya yeni yardım paketini açıqlayacaq

ABŞ bu gün Ukraynaya yeni yardım paketini açıqlayacaq

Martın 3-də ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edəcək. Ağ Evin nümayəndəsi Con Kirbi cümə axşamı, martın 2-də keçirdiyi brifinqdə bu haqda bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Kirbi yardım paketinin dəyərini dəqiqləşdirməyib və təfərrüatların tezliklə ortaya çıxacağını bildirib. Onun sözlərinə görə, paketə əsasən, Ukrayna müdafiəçiləri tərəfindən artıq istifadə olunan HIMARS və artilleriya kimi sistemlər üçün döyüş sursatları daxil olacaq.

Cümə günü Ağ Evdə görüşəcək ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolts arasında Ukraynaya yardımın əsas müzakirə mövzusu olacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
416 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...