Fransa idxalda Türkiyə və Çini qabaqlayaraq 2-ci sıraya yüksəldi – Rəqəmlər

Fransa idxalda Türkiyə və Çini qabaqlayaraq 2-ci sıraya yüksəldi –
Bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 3 milyard 289 milyon 529,4 min dollar olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 1 milyard 876 milyon 842,8 min dollarını ixrac, 1 milyard 412 milyon 686,2 min dollarını idxal təşkil edib.

Əvvəllər olduğu kimi bu dəfə də Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Bu ilin ilk ayında İtaliyaya 604 milyon 896,4 min dollar dəyərində məhsul (xam neft) ixrac olunub.

İdxalda isə əsas ticarət tərəfdaşımız Rusiya olub. Yanvar ayında Rusiyadan 267 milyon 794 min dollar dəyərində məhsul idxal etmişik.

Ötən ilin yanvar ayı ilə müqayisədə ixrac azalıb, idxal isə artıb. Belə ki, ötən ilin ilk ayı ilə müqayisədə bu ilin yanvar ayında ixrac 39% azalıb, idxal isə 45% artıb.
Diqqət çəkən məqamlardan biri Fransa ilə olan ticarət dövriyyəsindəki kəskin artım olub. Bu ilin yanvar ayında Fransa əsas ticarət tərəfdaşlarımız arasında 6-cı sırada, idxalda isə 2-ci sırada yer alıb. Rusiyadan sonra Azərbaycan ən çox Fransadan məhsul idxal edib. Bir ay ərzində Fransadan Azərbaycana 185 milyon dollar dəyərində məhsul gətirilib və bu göstəriciyə görə Türkiyə və Çinin önünə keçib. Ötən illə müqayisədə Fransadan idxalın dəyəri 14 dəfədən çox artıb. Müqayisə üçün bildirək ki, ötən ilin yanvar ayında Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrin sıralamasında Fransa 14-cü sırada yer alıb.
Azərbaycanın ticarət tərəfdaşı olan ilk 15 ölkəni təqdim edirik:


Fransa idxalda Türkiyə və Çini qabaqlayaraq 2-ci sıraya yüksəldi –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1689 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...