Malatyada xilasedicilər 4 azərbaycanlı tələbəni dağıntılar altından çıxarıb

Malatyada xilasedicilər 4 azərbaycanlı tələbəni dağıntılar altından çıxarıb
Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıblar.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, xilasedicilər dağıntılar altında olan tələbələrimizin adlarını səsləyiblər, onlar cavab veriblər. S.Quliyev, Ş.Vəliyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir.

Qeyd edək ki, güclü zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb. Təbii fəlakət nəticəsində 3 471 bina dağılıb.

Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 maqnitudalı iki zəlzələ baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
442 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...