Şəhid Toğrul Məmmədova həsr edilmiş "Qeyrət təcəssümü" kitabı təqdim olundu
Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdam Muğam Mərkəzində “Vətən Fədailəri” layihəsinin rəhbəri, şairə-publisist Manya Səxavətqızının Məmmədov Toğrul Səyyad oğlunun şərəfli ömür və döyüş yolundan bəhs etdiyi “QEYRƏT TƏCƏSSÜMÜ” adlı kitabının ikinci təqdimatı keçirilib.
GUNDEMİNFO.AZ xəbər verir ki, tədbirdə Ağdam Rayon İcra başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər, hərbçilər, rayon ictimaiyyəti və digər bölgələrdən gələn qonaqlar iştirak ediblər.
“Azərbaycan Bayrağı” ordenli əməkdar jurnalist Baxşeyiş Abbasoğlunun moderatorluğu ilə baş tutan tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca isə vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ağdam rayon İcra başçısı Vaqif Həsənov yazılan kitabın mahiyyəti haqqında danışıb və hər zaman şəhid adına atılan bu kimi addımlara dəstək olacağını dilə gətirib. Kitabın müəllifi Manya Səxavətqızı, şəhid qardaşı Üzeyir Məmmədov illərdən sonra Toğrul Məmmədova həsr olunan kitabın mahiyyətindən və kitabın necə ərsəyə gəlməsindən danışıb.
“Vətən Fədailəri” layihəsinin dəstəkçisi Şahin Məmmədov öz çıxışında şəhid adlarının unudulmaması üçün yazılan kitabların önəmini vurğulayıb. Toğrul Məmmədovun dostları Məhəmməd Muradov, Toğrul Hacıyev və Toğrul Məmmədovun silahdaşları çıxış edərək şəhidlə bağlı xatirələrini bölüşüblər. İmişli rayonundan gələn əməkdar müəllim Səxavət Tağlar və Ağdamdan olan ziyalıları ərsəyə gələn kitabın məktəblərdə təbliğ edilməsinin vacib olduğunu vurğulayıblar.
Toğrul Məmmədovun uğrunda can verdiyi Ağdam rayonunun onun adına yazılan bir kitabın təqdimatının keçirilməsi duyğulu anlarla yadda qalıb. Qəhrəman oğulların ruhunun dolaşdığı Ağdam torpağında 12 yanvar 2023- cü il şəhid adının əbədiləşdirildiyi bir gün kimi yadda qalıb.
601 dəfə oxundu