Kəmaləddin Heydərov polkovniki işdən çıxardı

Kəmaləddin Heydərov polkovniki işdən çıxardı

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavinini vəzifəsindən azad edib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə polkovnik Elsəvər Quliyev Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin müavini vəzifəsindən azad olunub. O, 2021-ci ilin dekabr ayında bu vəzifəyə təyin olunmuşdu.

Qeyd edək ki, Elsəvər Quliyev 1981-ci ilin 19 iyununda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib. Ailəlidir. 3 övladı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
490 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...