"Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?
Yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzinin “Şirniyyat” adlanan ərazisində baş verən yanğın nəticəsində təxminən 20 obyektə ciddi ziyan deyib, bəzi obyektlər isə tamamilə yararsız vəziyyətdədir.
Sahibkarlar onlara külli miqdarda ziyan dəydiyini qeyd edirlər, lakin sığorta şirkətlərinin onların mağazalarındakı malları sığortalanmasından imtina etdikləri üçün sahibkarların vəziyyətini çətinləşdirir. Sahibkarlardan birinin sözlərinə görə, yanğın zamanı onun 82 min manatlıq malı yanıb. O qeyd edib ki, hazırda banka 200 min manat borcu var və aylıq 14 min manat ödəniş edir.
Digər sahibkar isə mağazasının 30 kvadradmetr olduğunu, 60-65 min manat civarında malının yandığını və nə mağazasını, nə də mallarını sığortalaya bilmədiyini vurğulayıb.
"Report" sığorta şirkətlərinin ticarət mərkəzində yerləşən obyektləri və sahibkarların məhsullarını sığortalamamasının səbəblərini araşdırıb.
Mövzu ilə bağlı açıqlama verən sığorta eksperti İlkin İbrahimov bildirib ki, "Sədərək" Ticarət Mərkəzindəki obyektlərin sığortalanmamasının səbəbi orada yanğın təhlükəsizlik qaydalarına əməl olunmamasıdır.
Ekspert qeyd edib ki, sığorta şirkətləri əmlakları sığorta edən zaman yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tələb edir və bazarda yerləşən obyektlərdə yanğın təhlükəsizliyi ilə bağlı problemlər olduğu üçün bu proses həyata keçirilmir:
"Bazarda daşınmaz əmlakla yanaşı mağaza daxilində olan, satış məqsədi ilə yığılan malların sığortalanmasında da problemlər yaranır. Bunun səbəbi sahibkarların malları gətirən zaman gömrük bəyannamələrinin olmamasıdır. Sahibkarlar mağazalarına milyon manatlıq zərərin dəydiyini iddia etsələr də, gömrük bəyannamələrində bu məbləğ aşağı göstərilir".
Ekspert sığorta probleminin həlli yolunun biri kimi sahibkarların gömrük bəyannamələrinin şəffaflaşdırmasında görür:
"Fövqəladə Hallar Nazirliyi (FHN) "Sədərək" Ticarət Mərkəzində yanğın təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı ciddi tədbirlər görməlidir ki, sığorta şirkətləri orada sığortalanmanı həyata keçirə bilsinlər".
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “Report”a bildirilib ki, “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın sığorta hadisəsi hesab olunur:
“Lakin təəssüflə bildirmək istəyirik ki, ASA olaraq əldə etdiyimiz ilkin məlumata görə, bu yanğın hadisəsində zərər çəkmiş obyektlərin əksəriyyətinin sığortası olmayıb və bununla bağlı araşdırmalarımız davam edir. Nəticə etibarilə dəymiş zərəri sığorta olunmamış obyektlərin sahibləri qarşılayacaqlar. Əgər o obyektlərin sığortası olsaydı, həmin obyektlərin sahibləri zərərlərini sığorta vasitəsilə qarşılaya biləcəkdilər".
Bu ticarət mərkəzindəki obyektlərin sığortasının olmaması məsələsinə münasibət bildirərkən assosiasiya qeyd edib ki, qəbul olunmuş sığorta qaydalarına əsasən hər hansı daşınar və daşınmaz əmlakın sığortalanması üçün həmin sığorta predmetlərinin təhlükəsizlik qaydalarına riayət etməsi tələb olunur
Azərbaycan Sığortaçılar Assosiasiyası vurğulayıb ki, adı çəkilən ticarət mərkəzində əmlak sığortası ilə bağlı tələb olunan qaydalar nəzərə alınarsa orada yerləşən əmlaklar sığortalana bilər.
“Sədərək” Ticarət Mərkəzindən bildirilib ki, yanan obyektlər təmir olunaraq sahibkarlara təhvil veriləcək: "Digər maddi yardımlar da nəzərdə tutulur. Həmçinin sahibkarlara uzun müddət icarə haqqı məsələsində də güzəşt olunacaq".
Qeyd edək ki, yanğın nəticəsində ümumi sahəsi, təxminən,10 ha olan “Sədərək” Ticarət Mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1 700 m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800 m² sahədə yanıb. Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.
389 dəfə oxundu