Qubadlının Polşada həbs edilən keçmiş icra başçısı azadlığa buraxıldı

Qubadlının Polşada həbs edilən keçmiş icra başçısı azadlığa buraxıldı
Daha əvvəl xəbər verdiyimiz kimi, Azərbaycan CM-nin 120 (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunan və İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Elxan Nuriyev Polşada həbs olunub. O, 5 nəfərin qətlə yetirilməsində, 1 nəfərin qətlinə cəhd etməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilirdi.
Yeniavaz.com xəbər verir ki, E.Nuriyev artıq azadlığa buraxılıb.
Bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu sosial şəbəkə hesabında paylaşım edib.
“Elxan Nuriyev azadlıqdadır. Əziyyətlər hədər getmədi. Polşa məhkəməsində ədalət zəfər çaldı. Elxan bəy bu gün Polşanın Przemysl məhkəməsinin qərarı ilə haqq etdiyi azadlığına qovuşdu”, - paylaşımda bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
551 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...