Şəfiqə Məmmədova yenidən Kinematoqrafçılar İttifaqının sədri seçilib

Şəfiqə Məmmədova yenidən Kinematoqrafçılar İttifaqının sədri seçilib
Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri seçilib.

Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı məlumat verib.

İttifaqda Nizamnaməyə uyğun olaraq növbəti ümumi yığıncaq keçirilib. İttifaqın sədri Şəfiqə Məmmədova geniş hesabat məruzəsi ilə çıxış edib.

Ötən müddətdə ARKİ-də həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub, perspektiv plan müəyyənləşdirilib. Belə ki, 2023-cü ildə ilboyu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin, Azərbaycan kinosunun 125, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 100 illik, görkəmli kinorejissor Rasim Ocaqovun 90 illik yubileylərinin keçirilməsi, eləcə də tanınmış kino xadimləri ilə bağlı və digər önəmli tədbirlərin reallaşdırılması qərara alınıb.

Şəfiqə Məmmədova iclas iştirakçılarının yekdil razılığına əsasən yenidən ARKİ İdarə Heyətinin sədri seçilib. ARKİ İdarə Heyətinin yenilənmiş tərkibi yığıncaq iştirakçıları tərəfindən təsdiq olunub. Sonra İdarə Heyəti üzvləri arasından doqquz nəfərdən ibarət Katiblik seçilib. Şəfiqə Məmmədova yenidən sədr seçilməsi ilə bağlı göstərilən etimada görə təşəkkürünü bildirib və qarşıdakı dövrdə də ona bəslənilən ümidləri var qüvvəsi ilə doğruldacağına əmin edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
543 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...