Ayaz Mütəllibov Rəsul Quliyevin ittihamlarını cəfəngiyyat adlandırdı

Ayaz Mütəllibov Rəsul Quliyevin ittihamlarını cəfəngiyyat adlandırdı

Hazırda ABŞ-da mühacirətdə olan Milli Məclisin eks-spikeri Rəsul Quliyev keçmiş prezident Ayaz Mütəllibovun 1992-ci ilin may ayında dövlət başçısı postundan istefa verməsi ilə bağlı mütəmadi açıqlamalarla çıxış edir.

O, modern.az-a müsahibəsində Ayaz Mütəllibovu hətta qorxaqlıqda ittiham edib. Rəsul Quliyev keçmiş prezidenti hakimiyyətdə olarkən ölkəni uçuruma aparmaqda da qınayıb.

Eks-spikerin bu yöndəki mütəmadi açıqlamalarına Ayaz Mütəllibov reaksiya verib. O, həmin sayta açıqlamasında bildirib ki, Rəsul Quliyev elə bir şəxsdir ki, ona cavab verməyi özünə rəva görmür: “Ona cavab verməyi özümə borc və rəva bilmirəm”.

Keçmiş dövlət başçısı əlavə edib ki, eks-spikerin danışdıqları boş və mənasız sözlərdir: “Qoy nə qədər çərənləyir çərənləsin. Ona bundan artıq cavab verməyəcəyəm”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1574 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...