Aİ sədri Türkiyəyə səfər edəcək

Aİ sədri Türkiyəyə səfər edəcək
Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel apreldə Türkiyəyə səfər edəcək.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Mişel Aİ komissiyasının sədri Ursla von der Leyenlə birlikdə qurumun Zirvə toplantısından sonra keçirdikləri mətbuat konfransında bildirib.

“Apreldə bu ölkəyə ziyarət etmək üçün təmaslar davam edir. Türkiyə gələcək həftələr və aylarda mülayim davranışı davam etdirərsə, biz də Aİ və üzvləri olaraq masaya daha konkret təkliflər qoymağa hazırıq. Türkiyə ilə proqnozlaşdırılan bir əlaqə qurmaq istəyirik. Gömrük birliyinin gücləndirilməsi, cəmiyyətlər arasında təmaslar, turizm və təbii miqrasiya məsələləri müzakirə mövzularındandır”,- Ş.Mişel qeyd edib.

Aİ rəhbərinin Türkiyədə rəsmilərlə görüşü, qaçqın düşərgəsində qaçqınların vəziyyəti nəzərdə tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1348 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...