"Hazırda sözdə boş bəyanatların verilmə vaxtı deyil" - Leyla Abdullayeva

"Hazırda sözdə boş bəyanatların verilmə vaxtı deyil" -
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi ilə bağlı şərhinə münasibət bildirib.

Azvision.az -ın məlumatına görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Ermənistan XİN 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini şərh etməklə məşğul olmaqdansa, səylərini bu bəyanatın icrası ilə bağlı konkret addımların atılmasına yönəltməsi daha faydalı olardı.

“Hazırda sözdə boş bəyanatların verilməsi deyil, əməldə dövlətlərimizə və ümumilikdə bölgəyə sülh, əmin-amanlıq, inkişaf və tərəqqinin gətirilməsi vaxtıdır”, - deyə XİN rəsmisi vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
688 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...