“Demokratiya mütləq olmalı məsələ kimi qəbul edilməməlidir” - İsrail prezidenti

 “Demokratiya mütləq olmalı məsələ kimi qəbul edilməməlidir” -

İsrailin Prezidenti Reuven Rivlin Co Baydeni ABŞ Prezidenti seçilməyi münasibəti ilə təbrik edib və ötən gün Vaşinqtonda baş verən toqquşmalara münasibət bildirib.

“RİA Novosti” agentliyi bu barədə İsrail prezidentinin ofisinə istinadən məlumat yayıb.

“Əminəm ki, yeni seçilmiş prezident Bayden bizim ən yaxın dostumuz və dünyanın ən böyük demokratiyası olan Amerika Birləşmiş Ştatları ilə münasibətlərimizi möhkəmləndirməyə davam edəcək”, - İsrail Prezidentinin təbrikində qeyd olunur.

İsrail Prezidenti Capitoliya binasında baş verənlərə görə dərin narahat olduqlarını bildirərək əlavə edib ki, demokratiya nə qədər güclü və köklü dəyər olsa da, o, mütləq olmalı məsələ kimi qəbul olunmamalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
482 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...