Navalnı skandalı böyüdü: Lavrov üç ölkə səfirini çağırdı

Navalnı skandalı böyüdü:
Fransa, İsveç və Almaniya elçiləri sanksiyalar və müxalif blogerin zəhərlənməsinə görə Rusiya XİN-ə çağırılıb; FTX Navalnının Patruşevin köməkçisi adından danışığını saxta adlandırır; Razi Nurullayev: “Rusiyanı daha dəhşətli sanksiyalar gözləyə bilər”

Fransa, İsveç və Almaniyanın Rusiyadakı səfirliklərinin diplomatları bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, Fransanın Rusiyadakı səfiri Pierre Levi, İsveç səfirliyinin nümayəndəsi və Almaniya səfirinin müavini Beate Qjeski Rusiya XİN-ə dəvət olunublar.

Bildirilib ki, diplomatlar Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalar və Rusiyanın müxalifət liderlərindən olan Aleksandr Navalnının zəhərlənməsi məsələsi ilə əlaqədar çağırılıblar. İki gün əvvəl Navalnı onu zəhərləyən FTX əməkdaşlarından biri ilə apardığı telefon danışığının səs yazısını yayıb. Səs yazısında FTX əməkdaşı Navalnını zəhərlədiklərini etiraf edərək, əməliyyatın bütün detalları haqqında danışıb.

Navalnı özünü Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin köməkçisi kimi təqdim edib və “Navalnı əməliyyatı” barədə onu sorğu-suala tutub. Konstantin Kudryavtsev adlı həmin şəxs də bildiklərini danışıb. Bu araşdırmada Navalnı ilə birgə “Bellingcat”, “The İnsider”, “CNN”, “El Pais” və “Şpigel”in əməkdaşları da iştirak edib.

Fransa, Almaniya və İsveç diplomatları - » Yenixeber.org - Oxu xəbərin olsun

Lakin Rusiya FTX-nin İctimai Əlaqələr Mərkəzi təkzib edib. FTX-dən bildirilib ki, Navalnının Rusiya Federal Təhlükəsizlik Xidmətinin bölmələrindən birinin əməkdaşı ilə telefon danışığı saxtadır. “Telefon danışığının olduğu videoçarx saxtadır. Abonentin nömrəsinin dəyişdirilməsi metodu - xarici xüsusi xidmət orqanlarının istifadə etdikləri məşhur metoddur”, - məlumatda bildirilib.

Navalnı Rusiya hakimiyyətinin sərt tənqidçilərindən biridir. Müxalif fəal Putin administrasiyasının məmurlarını ifşa edir, korrupsiya əməllərini araşdırır. Onun sui-qəsd edilərək “Noviçok” maddəsi ilə zəhərləndiyi bildirilir. Bundan sonra Qərb Moskvaya sanksiyalar tətbiq edib. Avropa İttifaqı Navalnının zəhərlənməsi ehtimalı ilə əlaqədar vəziyyətin dərhal və şəffaf şəkildə araşdırılmasına çağırıb. Bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrelin açıqlamasında deyilir.

“Rusiya hakimiyyətinin dərhal müstəqil və şəffaf şəkildə araşdırmalara başlaması vacibdir”, - deyə açıqlamada qeyd olunur. Borrelin sözlərinə görə, dünyada və Rusiya Federasiyasında faktları bilmək istəyirlər.

“Berlindəki ”Charite" xəstəxanasında götürülən ilkin analiz nəticələri Aleksey Navalnının zəhərləndiyini göstərir. Navalnının müalicəsi üçün xəstəxanaya minnətdarıq və onun tez sağalmasını arzulayırıq", - sənəddə belə deyilir. “Rusiya Böyük Britaniyada minlərlə insanı zəhərləyib öldürməyə qadirdir”. Bunu isə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

Müdafiə naziri qeyd edib ki, rusiyalı müxalifət lideri Aleksey Navalnı bu yaxınlarda “Noviçok” sayağı bir maddə ilə zəhərlənib, ona görə NATO-nun Rusiyaya suallar yağdırması tam qanunidir.

Navalnı, “Noviçok” və Rusyada daxili siyasi mübarizə - ŞƏRH - modern.az

Qeyd edək ki, 2020-ci il avqustun 20-də siyasətçi Aleksey Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya uçarkən özünü pis hiss edib, huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb. Omskda 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Navalnı avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Almaniya hökuməti Aleksey Navalnının “Noviçok”dan zəhərləndiyini açıqlayıb.

Bu, Almaniya Silahlı Qüvvələrinin toksikoloji laboratoriyasında aparılan analizdə üzə çıxıb. Fransa və İsveçin laboratoriyaları bu versiyanı təsdiqləyib. Navalnının həyatını xilas etmək mümkün olub.

“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran Navalnı hazırda Avropada yaşayır. Navalnının zəhərlənməsinə görə ittiham edilən yenə Rusiya hakimiyyətidir. Rusiya bu ittihamların hamısını rədd edir. “Noviçok” zəhərlənməsindən sağalanların hər birinin səhhətində indiyədək ciddi problemlər qalır.

“Noviçok” qrupuna daxil olan (noviçok Azərbaycan dilinə tərcümədə yeni mənası verir) maddələrin hazırlanmasına 1971-ci ildə Sovet İttifaqında, Moskvadakı Dövlət Üzvi Kimya və Texnologiya Elmi Tədqiqat İnstitutunda başlanıb, 1993-cü ildə, Sovet İttifaqı dağılandan iki il sonra proses tamamlanıb.

“Noviçok” sinir iflici yaradan oxşar kimyəvi maddələr içində ən ölümcülü sayılır. Həm bərk, həm maye halında növləri olan “Noviçok” maddəsi ürəyin fəaliyyətini yavaşladaraq nəfəs yollarını qapadır. Aqrokimyəvi maddələrdən hazırlanan “Noviçok”un istehsalında istifadə olunan maddələrin yasaq altında olmadığı bildirilir.

Mərkəzi Qərargahı Niderlandın Haaqa şəhərində yerləşən Kimyəvi Silahlara Qadağa Təşkilatı 1990-cı ildə “Noviçok” qrupuna daxil olan maddələri nəzarətdə saxlanan maddələr kimi rəsmiləşdirib. 2020-ci il iyulun 7-dən “Noviçok” kimyəvi silah kimi tanınıb, onun istehsalı, istifadəsi və yayılması yasaqlanıb.

Razi Nurullayev vəd etdiyi adları çəkdi: Rövnəq Abdullayev, Cahangir Əsgərov...

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, Navalnının zəhərlənməsindən sonra Rusiyaya sanksiyaların sayı və həcmi artıb. Deputatın sözlərinə görə, yeni faktların ortaya çıxması, bu məsələnin Rusiyanın orqanları tərəfindən yerinə yetirilməsi sübut olunması mərhələsinə çatıb: “Fransa, ABŞ, İngiltərə, Almaniya kifayət qədər sübut olmamasını dəlil gətirərək sanksiyaların həcmini artırmırdı. Əgər Navalnının xüsusi xidmət orqanları tərəfindən zəhərləndiyi təsdiqlənərsə, Rusiya əleyhinə ən sərt tədbirləri görüləcək. Bunu həmin Qərb ölkələri əvvəlcədən bəyan etmişdilər. Ona görə sanksiyaların güclənəcəyini, sərtləşəcəyini gözləyirəm”.

R.Nurullayev hesab edir ki, ən qorxulusu Co Baydenin yanvarın 20-də ABŞ-da prezident kürsüsünə qalxmasından sonra ola bilər: “Baydenin Rusiyaya münasibəti çox pis və kəskindir. Bundan sonra Rusiyanı daha dəhşətli, daha irihəcmli sanksiyalar gözləyə bilər”.

Deputat bildirdi ki, hazırda Rusiya və Türkiyə arasında əməkdaşlıq genişlənməkdədir, ABŞ prezidentinin bu iki ölkəyə münasibətini nəzərə alsaq, Ankara və Moskvanın yaxınlaşması Bakının maraqlarına uyğundur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
567 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...