XİN: Rusiya mümkün olan hər şeyi edir ki, regionda uzun və möhkəm sülh olsun

XİN: Rusiya mümkün olan hər şeyi edir ki, regionda uzun və möhkəm sülh olsun
“Rusiya mümkün olan hər şeyi edir ki, regionda uzun və möhkəm sülh olsun”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiya regionda uzun və möhkəm sülhün yaranması üçün nə mümkündürsə, edir. Biz ondan çıxış edirik ki, münaqişə tərəfləri də bu məqsədlərə istiqamətlənib. Buna nail olmaq üçün Bakı və İrəvanla daim təmasdayıq”, - deyə Rusiya XİN rəsmisi bir neçə gün qabaq Dağlıq Qarabağda Hadrut rayonu ərazisində atəşkəsin pozulmasını şərh edərkən vurğulayıb.

M. Zaxarova ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakı və İrəvana səfərlərində Rusiyanın səfirlər səviyyəsində təmsil olunmasını isə belə şərh edib: “Düşünmürəm ki, Rusiya nümayəndə heyətinin niyə bu cür formalaşdırılmasının detalları açıqlanmalıdır. Bunun səbəbi var. Burada heç bir konspirologiyadan söhbət getmir. Logistika baxımından bunun düzgün olduğunu hesab etdik. Xahiş edirəm ki, burada hansısa siyasi mətnaltı məna axtarmayın”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
495 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...