Qırğızıstan Rusiya tərkibinə qatılmağa hazırlaşır – Sensasiya
Qırğızıstanda Rusiyanın tərkibinə daxil olmağın mümkünlüyü müzakirə olunur.
Teleqraf.com xəbər verir ki, bunu Moskvadakı qırğız diasporunun rəhbəri, Qırğızıstanın Rusiyadakı keçmiş səfiri Raimkul Attakurov bildirib:
“Tarixi tale bizim birlikdə olmağımızı təyin edib. Artıq uzun əsrlərdir ki, bir yerdəyik. Bizim ortaq tariximiz var və ümid edək ki, bu, uzun müddət davam edəcək. Hazırda bir çox qırğızlarda hətta bir respublika kimi Rusiyanın tərkibinə daxil olmaq üçün bu ölkəyə müraciət etməklə bağlı düşüncələr baş qaldırıb”.
Bu cür söhbətlərin həqiqətən Qırğızıstanda aparılıb-aparılmadığı sualını cavablandıran keçmiş səfir deyib: “Bəli, bu cür söhbətlər Qırğızıstanda mövcuddur. Burada – diaspor ictimaiyyəti arasında da bu fikirlər baş qaldırıb və müzakirə olunur. Əlbəttə, bunu dərhal və tez bir zamanda etmək olmaz. Ancaq mənim fikrimcə, bunu etmək lazımdır, çünki həyat özü bizi birliyə doğru itələyir”.
Attakurov qeyd edib ki, Qırğızıstan keçmiş SSRİ respublikaları arasında rus dilinin dövlət statusuna malik olduğu, konstitusiya dili olduğu yeganə ölkədir:
“Xalq özü bunun tərəfdarı kimi çıxış edir. Təbii ki, bizim Avrasiya İqtisadi İttifaqında olmağımız bir çox istiqamətdə müsbət təsir göstərir”.
570 dəfə oxundu