"Türkiyənin Azərbaycandakı səfiri Əli Həsənovun köməkçisi kimi davranırdı" - FOTO

"Türkiyənin Azərbaycandakı səfiri Əli Həsənovun köməkçisi kimi davranırdı" -

"Əli Həsənovun bu basabasda Türkiyəyə getməsi barədə fikirlərimi Sizinlə də bölüşürəm. Bu gedişi əsla onun xəstəliyi ilə əlaqələndirmirəm. Əgər olsa belə, axı illərdir Ə.Həsənovun xalqa üfürdüyü analoqu olmayan səhiyyəmiz, özünün müalicəsi üçün şəxsi klinikası var. Həmin “Xətai” Estetik Klinikası ki, 8 yaşlı ailənin tək övladı xırda əməliyyatdan sağ çıxmadı, sonra da bu cinayəti ört-basdır elədilər. Hesab edirəm ki, bu səfərin köklərini, çoxlarına qəribə gəlsə də, onun Türkiyə səfiri Erkan Özoralla çox yaxın münasibətlərində axtarmaq lazımdır".

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov əminliklə bildirib ki, bu münasibətlər, sadəcə, Əli Həsənov səfir Erkan Özoral münasibətləri deyil: "Bunun daha dərin olmasına şübhəm yoxdur. Bunu aydınlaşdırmaq üçün ən azından Erkan bəyin səfir olduğu müddətdə iştirak etdiyi tədbirlərə, görüşdüyü şəxslərə, paylaşdığı fotolara diqqət yetirmək kifayətdir. Türkiyə kimi qüdrətli bir dövlətin səfiri sanki Əli Həsənovun köməkçisi kimi davranırdı, onun bütün tədbirlərində, hətta ailə tədbirlərində belə iştirakını çox önəmli sayırdı. Hesab edirəm ki, bizə qardaş, doğma olan Türkiyə Hakimiyyəti Azərbaycan xalqına və Dövlətinə uzun illər ərzində düşmən mövqeyində olan birisinin müdafiəsinə qalxmayacaq!"

"Türkiyənin Azərbaycandakı səfiri Əli Həsənovun köməkçisi kimi davranırdı" -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
697 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...