Lukaşenko informasiya meydanında uduzur - Puşkov

Lukaşenko informasiya meydanında uduzur -
Belarusun informasiya siyasətinin zəifliyi Aleksandr Lukaşenkonun uduzmağının əsas səbəbi ola bilər.

Axar.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib. O, milli böhranlar dövründə bu sahədə fəaliyyətin xüsusilə önəmli olduğunu bildirib.

Puşkov əsas döyüşlərin məhz informasiya sahəsində aparıldığını söyləyib:

“İnformasiya meydanını uduzan kimi onun arxasınca siyasi meydan və hakimiyyəti uduzmaq qaçılmazdır. Yüksək keyfiyyətli siyasətçinin aşağı keyfiyyətli informasiya şəbəkəsi mümkün deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
568 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...