Ərdoğan: "Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır"

Ərdoğan: "Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır"

“Xocalı faciəsində şəhid edilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik”.

APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında çıxış edərkən deyib.

R. T. Ərdoğan Xocalı şəhərində qətlə yetirilən azərbaycanlılara rəhmət diləyib: “Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmlərindən biri Xocalıda yaşanıb. Xocalı qatillərinə hökm kəsən ölkə gördünüzmü? Türk, müsəlmandırsa, həmin ölkələr bunu görmürlər. Biz isə Xocalı qətliamını unutmadıq, unutmayacaq və xatırladacağıq”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
719 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...