“Bir neçə nazirlik adını dəyişməli olacaq” - Deputat

“Bir neçə nazirlik adını dəyişməli olacaq” -

"Orfoqrafiya qaydaları layihəsində əksini tapan bəzi təkliflər qəbul olunsa dövlət büdcəsindən xeyli vəsait gedəcək".

Gundeminfo.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət Dil Komissiyasının üzvü, deputat, akademik Nizami Cəfərov deyib.

O bildirib ki, iki "y" hərfi ilə yazılan sözlərin bir "y" ilə yazılması təklifi qəbul olunsa bir neçə nazirlik adını dəyişməli olacaq: "Məsələn, Ədliyyə, Maliyyə nazirlikləri. Bu iki nazirliyin adı dəyişsə nə qədər sənəd dəyişməli olacaq ki, bu da büdcədən xeyli vəsaitin getməsinə səbəb olacaq".

N.Cəfərov bildirib ki, Ana dilini tərifləmək yox, gözəl danışıb, gözəl yazmağı bacarmaq lazımdır: "Bu gün dilin əsas problemlərindən biri texniki məsələlərlə bağlıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
764 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...