Ərdoğan Davudoğlu ilə vidalaşır

Ərdoğan Davudoğlu ilə vidalaşır


Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin fövqəladə iclası başlayıb. AzVision.az xəbər verir ki, iclas Bakı vaxtı ilə saat 12-də başlamalı olsa da, Davudoğlunun 1 saat gecikməsinə görə yubanıb. İddiaya görə, iclasda Davudoğlunun istefa qərarı müzakirə ediləcək. Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan axşam saatlarında Davudoğlu ilə görüşüb. Görüşün 100 dəqiqə çəkməsi baş nazirin istefa verəcəyi ilə bağlı xəbərlərin sürətlə yayılmasına səbəb olub.

Davudoğlunun yerinə gətiriləcək şəxslər arasında prezident Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrak, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuşun adı hallanır. Ə.Davudoğlu iclasdan sonra mətbuat konfransı keçirərək qərarını açıqlamalıdır.

Əhməd Davudoğlunun müşaviri Hayati Yazıcı isə ona ünvanlanan suallara ümumi cavab verib: “Biz güclü bir partiyayıq. Ortaya çıxan problemlər danışılacaq, partiyamızın xətti diqqətə alınmaqla həll olunacaq. Partiyalarda bu cür problemlərin qarşısını almaq üçün ən böyük qərar orqanı qurultaydır. Xeyirli-uğrulu olsun”,-deyə o, bildirib.

Öz növbəsində, prezident administrasiyasındakı mənbələr görüşün adi olduğunu və bu barədə şərh verilməyəcəyini bildiriblər. Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Ankaradakı sarayında parlamentin komitə sədrləri ilə görüş keçirir. Görüşün müzakirə mövzusu məlum deyil. Ərdoğan deputatlara görüşdən sonra Mərkəzi Bankın rəhbəri Murat Çetinkaya və Milli İstihbaratın rəhbəri Hakan Fidanla görüşəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
771 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...