Davudoğlunun postuna namizədlərin adları açıqlandı

Davudoğlunun postuna namizədlərin adları açıqlandı


Türkiyənin hakim partiyası - Ədalət və İnkişaf Partiyasının (AKP) Partiyasının sədri postuna namizədlərin adları açıqlanıb. Trend bu barədə Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.

Namizədlər sırasında Nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Binəli Yıldırım, Ədliyyə naziri Bəkir Bozdağ, Energetika və təbii sərvətlər naziri Berat Albayrak və hakim partiyadan Numan Kurtulmuş ilə Mehmet Əli Şahin var.

Daha öncə partiyanın mayın ortalarında növbədənkənar qurultayının keçiriləcəyi və partiyanın hazırkı sədri, baş nazir Əhməd Davudoğlunun növbəti dəfə namizədliyini irəli sürməyəcəyi barədə xəbər verilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
770 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...