"Qazancın mənə yazdığından asılıdırsa, tənqid et, yaz, hətta, çəkinmə..."
Ümid Partiyasının sədri İqbal Ağazadə gender məsələləri üzrə müavini Həcər Abbaslının bu vəzifədən və partiyadan istefa verməyinə münasibət bildirib.
“Qafqazinfo” İqbal Ağazadənin partiyanın keçmiş müavininə cavabını olduğu kimi təqdim edir:
“Adətən, şərh yazmıram. Lakin bu statusun aşağısından mütləq öz mövqeyimi yazmağa ehtiyac duydum. Həcər, qızım, ən son şənbə günü səni iclasa dəvət etdim. İclasa gəlmədin və bunu vacib işin olmaqla əlaqələndirdin-bunu da mənə yox, müavinlərdən birinə dedin. İclasdan sonra qərargaha gəldin, iradımı bildirdim, kobud cavab verdin. Etiket normaları ilə bağlı bir neçə dəfə söhbətimiz olmuşdu-təfərrüata varmayacağam. 1-ci müavin kobud rəftara görə sizinlə söhbət etdi, üzr istəməli olduğunu söylədi. Qərargaha dönüşümdə səni otağıma dəvət etdim, söhbət etdik-təfsilatı danışmayacağam. Yollarımız ayrıldı.
Amma bu yazın söhbətimiz zamanı olan mövqeyin və halına uyğun olmadı. Yolun açıq olsun. Amma bu yoldan çox, yolsuzluğa oxşayır. Qazancın mənə yazdığından asılıdırsa, tənqid et, yaz, hətta, çəkinmə, təhqir də et, qızım. Təki sən qazanasan. Mən insanların qazanmasından yanayam”.
Qeyd edək ki, partiya sədri vurğulayır ki, bu şərh Həcər Abbaslının sosial şəbəkədə paylaşdığı statusuna cavab kimi yazılsa da, sonradan pozulub.
829 dəfə oxundu