Trofimçukdan ilginc Qarabağ mesajı

Trofimçukdan ilginc Qarabağ mesajı


Atəşkəsdən dərhal sonra Bakının nəzarəti altında rayonların azad olunması ilə bağlı danışıqlar başlanmalı idi. Lakin bu, baş vermədi. Axar.az xəbər verir ki, bu sözləri “Exo” qəzetinə müsahibəsində rusiyalı politoloq Qriqori Trofimçuk deyib. Onun sözlərinə görə, vəziyyət gərgin olaraq qalır və 2 apreldən öncə yaranmış şəraitə qayıtmaq mümkün deyil:

“Atəşkəsdən dərhal sonra Bakının nəzarəti altında rayonların azad olunması ilə bağlı danışıqlar başlanmalı idi. Lakin bu, baş vermədi. Azərbaycan başqa yolla gedə bilməz. Buna baxmayaraq, Bakı döyüş proqramı ilə özünü bütün dünyaya bir daha xatırlada bilər. Sergey Lavrovun atəşkəsdən sonra Azərbaycan və Ermənistana yeni planla getməsi ilə bağlı mediada yayılanlar həqiqəti əks etdirmir. Heç bir sensasiya yoxdur. Ermənistan Rusiya üçün strateji müttəfiqidir və ona hər hansı bir təzyiq edəcəyi inandırıcı deyil. Ermənistanın rayonları verməsi üçün hansı təzyiqi etmək olar? – bir rayon, rayonların bir hissəsi, bütün rayonlar və yaxud rayonlar və Qarabağ? Hazırda rayonların qaytarılması ilə bağlı nə Azərbaycan, nə də beynəlxalq təşkilatlarla razılaşdırılmış konkret bir sxem var. Belə olan halda hər hansı bir təzyiq etmək mümkün deyil. Rusiya Qarabağ münaqişəsində sülhün əsas qoruyucu olduğunu göstərməyə davam edəcək”.

Politoloq bildirib ki, Qərb Ermənistanı Rusiyanın təsiri altından çıxarmaq üçün bütün təzyiqləri edəcək və onu Avropa İttifaqına tərəf çəkməyə çalışacaq. Onun sözlərinə görə, problemin həlli Rusiya, Azərbaycan və Ermənistanın dövlətüstü, sərhədlərin rol oynamadığı quruma qoşulması ilə mümkün ola bilər: “Ermənistanın bütün prezidentləri regional təhlükəsizliyin onlar üçün əsas məsələ olduğunu bildirirlər. Bu gün Qarabağ münaqişəsi Ukrayna, Suriya müharibələri fonunda Rusiya və Qafqazda yaranacaq ocaqların altına atılmış növbəti oduna bənzəyir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...