Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi azalır

Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi azalır


Bu ilin I rübündə Ermənistan İrandan mal idxalını 3 dəfə artırıb. Cari illin birinci rübündə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 10,4% azalıb. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistan Milli Statistika Xidməti hesabat yayıb.

Hesabata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə birinci rübdə Rusiyadan Ermənistana idxalın həcmi 2,2 dəfə artaraq 67,7 mln. ABŞ dolları təşkil edib. Ermənistanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsində 3,2% azalma müşahidə olunub. Ermənistanın xarici ticarətinin ümumi strukturunda Rusiyanın payı 24,7%-dək azalıb. Hesabat dövründə İrandan Ermənistana mal ixracının həcmi isə 2,9 dəfə artıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
848 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...