Oqtay Əsədov deputatlara xəbərdarlıq etdi

Oqtay Əsədov deputatlara xəbərdarlıq etdi


Milli Məclisin sədri Oqtay Əsədov cəbhədə baş verən gərginliklə bağlı deputatlara xəbərdarlıq edib.

APA-nın məlumatına görə, O. Əəsdov deputatlara cəbhədə baş verənlərlə bağlı çıxışlarında diqqətli olmağı məsləhət görüb. O deyib ki, deputatların bəyanatları və çıxışlarındakı yanlışlıqlar pis nəticələr verə bilər: “Bundan başqa, mən dustluq qruplarının rəhbərlərinə tapşırıram ki, əməkdaşlıq etdikləri ölkələrdəki həmkarlarına məktublar göndərsinlər, həqiqəti onlara çatdırsınlar. Ad çəkməyəcəyəm, bu yaxınlarda bir ölkənin nümayəndə heyətinin rəhbəri xəritəni qabağına qoyub soruşur ki, Dağlıq Qarabağ hansı ölkənindir, Ermənistanındır? Belə biabırçılıqlar olmamalıdır. Biz aktiv çalışmalıyıq”.

O. Əsədov xəbər saytları və sosial şəbəkə istifadəçilərini də cəbhə xəbərləri ilə bağlı paylaşımlarında diqqətli olmağa çağırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
853 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...