İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəməsinin vaxtı bəlli oldu

İlqar Məmmədov və Tofiq Yaqublunun məhkəməsinin vaxtı bəlli oldu


Şəki Apellyasiya Məhkəməsində “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi aprelin 29-da keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə İlqar Məmmədovun vəkili Fuad Ağayev “facebook” səhifəsində yazıb. Vəkil qeyd edib ki, ona Şəki Apellyasiya Məhkəməsindən ona prosesin vaxtı ilə bağlı anlaşılmazlıq olduğu bildirilib, İlqar Məmmədov və Tofiq Yaqublunun işi üzrə məhkəmə qərarı sabah saat 17-də elan olunacaq.

***
12.02

Bakı-APA. Şəki Apellyasiya Məhkəməsində “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi mayın 3-də keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə Tofiq Yaqublu “facebook” səhifəsində yazıb. Proses həmin gün saat 10.00-da başlanacaq. Qeyd edək ki, aprelin 22-də keçirilən məhkəmədə proses qeyri-müəyyən vaxtadək təxirə salınmışdı.

Həmin gün vəkillər İlqar Məmmədov və Tofiq Yayublu barəsində olan hökmlə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarlara uyğun olaraq onların barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər. Dövlət ittihamçısı isə çıxışında birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanmasını istəyib. İlqar Məmmədov və Tofiq Yaqublu da məhkəmədən barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.

Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Bundan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər. Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.

Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

İ. Məmmədov və T. Yaqublu İsmayıllı hadisələrinə görə həbs olunublar. T. Yaqublu prezident İlham Əliyevin mart ayında imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
947 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...