Nikolay Zlobin: “Qərbdə Ermənistana simpatiya qalmayıb“
ABŞ-ın Qlobal Maraqlar Mərkəzinin prezidenti, beynəlxalq əlaqələr üzrə ekspert Nikolay Zlobin haqqin.az saytına eksklüziv müsahibəsində Qarabağdakı aprel gərginlikləri və Qərbin Ermənistana soyuq münasibəti barədə danışıb.
Virtualaz.org bildirir ki, ekspert deyib: “Birincisi, bu konflikt daha Qərb üçün maraq kəsb etmir. İkincisi, Qarabağda nələrin baş verdiyini əvvəldən tam olaraq heç də hamı anlamamışdı. Üçüncüsü, 90-cı illərdə Ermənistan Rusiya maraqları prizmasından qəbul edilirdi, onda Qərb və Rusiyanın münasibətlərində kifayət qədər harmoniya var idi. Müasir günümüzdə də Ermənistan Rusiyaya maraqlara uyğun olaraq qəbul olunur. Lakin indi Rusiya ilə Qərbin münasibətləri son dərəcə gərgindir. Buna görə də, Qərbin Ermənistana aşkar laqeydliyi, simpatiyasının olmaması Rusiyaya qarşı rəğbətin itirilməsi, xüsusən də regionda Rusiya siyasəti ilə bilavasitə əlaqədardır.
Şübhəsiz ki, ciddi Qərb siyasətçiləri Dağlıq Qarabağ probleminin belə bir uzun müddətə dondurulmasını gözləmirdi. Bilirəm, Vaşinqtonda çox nüfuzlu qüvvələr mövcuddur ki, onlar ABŞ-ın Dağlıq Qarabağ probleminin həllində daha aktiv mövqe tutmasını istəyirlər. Və onlar Rusiyanın bu konfliktin yoluna qoyulmasında inhisarçı mövqedə olmasına razı deyillər. Düşünürəm ki, ABŞ Dağlıq Qarabağ probleminə dair yeni mövqe formalaşdıracaq. Hələlik isə bu mövqe yox dərəcəsindədir”.
890 dəfə oxundu