İlham Əliyev: “Bizə gələndə BMT-nin qətnamələri icra olunmur”
“Əfsuslar olsun ki, müstəqillik illərində qonşu Ermənistanın təcavüzü ilə üzləşdik. Azərbaycan BMT-yə daxil olarkən Dağlıq Qarabağ bizim idi. Biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. Bu, Ermənistan tərəfindən edilib. İşğal olunmuş ərazilərdə hər şey yerlə-yeksan edilib”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində deyib.
“Baxın, görün, ölkəmizdə ermənilərin kilsəsi necə qorunub-saxlanılır. Amma ermənilər Azərbaycanın bütün tarixi abidələrini dağıdıb. BMT-nin Təhlükəsizlik Şurası Qarabağla bağlı 4 qətnamə qəbul edib. Bəzi hallarda belə qətnamələr həmin andaca həyata keçirilir. Amma bizə gəldikdə, icra olunmur, Ermənistan həmin qətnamələri icra etmir”, - İ.Əliyev söyləyib.
Dövlət başçısı deyib ki, bu münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır: “Bizim torpaqlarımız işğaldan azad olunmalı və bütün məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdır. Bütün beynəlxalq ictimaiyyət bu məsələnin həllində birgə iştirak etməlidir. Təəssüf ki, Ermənistan bu gün də BMT-nin qətnamələrinin şərtlərini yerinə yetirmir. Beynəlxalq ictimaiyyət təcavüzkarı beynəlxalq hüquq normalarının şərtlərini yerinə yetirməyə məcbur etməlidir”.
916 dəfə oxundu