“Bu tədbirin Azərbaycanda keçirilməsi bizim üçün böyük şərəfdir” - Prezident İlham Əliyev

“Bu tədbirin Azərbaycanda keçirilməsi bizim üçün böyük şərəfdir” -


“Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycanda keçirilməsi bizim üçün böyük şərəfdir”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində deyib.

Dövlət başçısı bildirib ki, Alyansın yaradılması mühüm bir addım idi: “Ölkəmiz nəinki Şərqlə Qərb arasında körpüdür, burada hər zaman multikultiralizm olub. Azərbaycan çoxkonfessiyalı ölkədir. Biz öz tarixi abidələrimizlə fəxr edirik. Bu ölkədə müxtəlif xalqlar yaşayıb-yaradıblar. Ən qədim kilsələrdən biri olan Alban kilsəsi Azərbaycanda yerləşir”.

Prezidentin sözlərinə görə, Azərbaycan müstəqillik baxımından gənc dövlətdir. “Multikultiralizm bizim üçün dövlət siyasətidir. Bu istiqamətdə xeyli tədbirlər keçirmişik”, - dövlət başçısı deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
818 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...