Saakaşvili Gürcüstana qayıdır

Saakaşvili Gürcüstana qayıdır


Gürcüstanın sabiq lideri, hazırda Odessa qubernatoru olan Mixael Saakaşvili parlament seçkilərindən sonra vətənə qayıdacağı barədə vəd verib.

AzVision.az xəbər verir ki, Mixael Saakaşvili “Rustavi 2”-yə verdiyi müsahibəsində bildirib ki, onun yaratdığı “Vahid milli hərəkat” partiyası bu ilin oktyabr ayında keçiriləcək seçkilərdə qalib gələcək: “Hazırda Gürcüstanın siyasi həyatında yalnız iki lider mövcuddur – mən və sabiq baş nazir Bidzina İvanişvili. Bu seçkiləri keçirmək və qalib gəlmək lazımdır. Hazırkı mərhələdə üçüncü yoxdur. Bu da mənim üzərimə xüsusi məsuliyyət qoyur”.

Qeyd edək ki, Mixael Saakaşvili Gürcüstan hakimiyyəti tərəfindən axtarışa verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1166 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...