Fuad Abbasov Moskvadan çıxarılır

Fuad Abbasov Moskvadan çıxarılır


"İxlas" agentliyinin Rusiyadakı nümayəndəsi Fuad Abbasov Moskva nümayəndəliyindən geri çağrılıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı jurnalist öz Feysbuk səhifəsində paylaşıb. Onun sözlərinə görə, artıq bununla əlaqədar olaraq agentlikdən ona rəsmi məktub da daxil olub:

“1997-ci ilden bu yana işlədiyim Türkiyənin "İxlas" Xəbər Agentliyinin rəhbərliyi Moskvadakı işimə son verməyi qərara aldı. Mənə göndərilən rəsmi məktubda “işlərin orada istədiyimiz kimi getməməsi səbəbiylə” əsas göstərilməsinə baxmayaraq, nə istədiklərini başa düşmədim. Son 6 ay boyunca Rusiyanın dəyişik qəzet, internet mətbuatı, radio və televiziyalarında 50-dən çox çıxışım olub və heç bir qarşılıq gözləmədən Su-24 böhranından sonra Türkiyənin mövqelərini Rusiyada müdafiə etmək başlıca “işim” olub. Buradakı türk məsləkdaşlarımdan ən çox eşitdiyim tənbeh isə “Rusiya-Türkiyə münasibətlərini boş ver, işindən qovularsan, kimsə sənə sahib çıxmaz” sözləri idi. Xəbər agentliyimizin içində çox güvəndiyim insanlardan Rusiyadakı işimə son verilməsi qərarının Moskvadan gələn tələb qarşılığında olduğunu öyrəndim. Təbii ki, buna çox sevinənlər var. Çünki son 6 ay boyunca Türkiyəni Rusiya mediasında müdafiə edən, Rusiyada açılan PYD təmsilçiliyinə qarşı çıxan, PKK-nın Moskvadakı fəaliyətini tənqid edən, rus siyasətçilərin Türkiyəyə qarşı düşüncələrinin yanlış olduğunu Rusiya ictimaiyyətinə çatdıran başqa heç kim yox idi. Sevinənlər arasında mən də varam, çünki son günlərdə gözünə yuxu getməyən anam gecələr rahat yata biləcək.

Allah şəhidlərimizə rəhmət eləsin, vətən uğrunda tökdükləri qan yerdə qalmaz inşallah”.


Fuad Abbasov Moskvadan çıxarılır



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
840 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...