Əli Kərimlinin evinin qarşısında daha bir aksiya keçirildi

Əli Kərimlinin evinin qarşısında daha bir aksiya keçirildi

Bu gün bir qrup gənc növbəti dəfə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları Ə.Kərimlinin cəbhə xəttində baş verən hadisələrdə tutduğu mövqeni qınayıb, onu Azərbaycan dövlətinin siyasətinə qarşı çıxmaqda ittiham ediblər.

Aksiya iştirakçıları Ə.Kərimlini Azərbaycan ordusunun uğurlarına kölgə salmamağa, ermənipərəst mövqedən daşınmağa çağırıblar. Aksiyada "Ar olsun!", "Şəhidlər ölməz, vətən bölünməz" və başqa şüarlar səsləndirilib. Polisin müdaxiləsi ilə aksiyanın qarşısı alınıb. Ə.Kərimlinin evi qarşısında etiraz aksiyaları bir neçə gündür ki davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
885 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...