Elmar Məmmədyarov: “Ermənistan atəşkəs rejimini pozmaqda davam edir”

Elmar Məmmədyarov: “Ermənistan atəşkəs rejimini pozmaqda davam edir”

“2 aprel 2016-cı ildə Ermənistan atəşkəsi kobud surətdə pozaraq Azərbaycan ordusunun mövqelərini və təmas xətti boyunca mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini atəşə məruz qoymaqla destruktiv siyasətini bir daha ortaya qoymuş oldu. Bu təxribat əməlinə Azərbaycan ordusu tərəfindən əks-həmlə ilə adekvat cavab verilib və erməni silahlı qüvvələrinin hücumu dəf edilib”.

Bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 13-cü zirvə toplantısına hazırlıq iclasında çıxışı zamanı deyib.

E.Məmmədyarov bildirib ki, bu gün Ermənistan atəşkəs rejimini pozmaqda davam edir və diqqəti sülh prosesinə lazım olan əsas məsələlərdən yayındırmaqla, dünyaya öz əsas niyyətini nümayiş etdirir: “Biz beynəlxalq ictimaiyyəti Ermənistandan Azərbaycan ərazilərinin qeyri-qanuni işğalını dayandırmağı, öz qoşunlarını bütün işğal olunmuş ərazilərdən çıxartmağı vəBMT TŞ-in müvafiq qətnamələrinin tələblərinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq münaqişənin nizamlanması prosesində konstruktivlik nümayiş etdirməyi tələb etməyə çağırırıq. Fürsətdən istifadə edib, İƏT baş katibinə və üzv dövlətlərə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdikləri dəstəyə, Ermənistanın təcavüzünü və Azərbaycan torpaqlarının işğal edilməsini qınadığına görə təşəkkürümü çatdırmaq istəyirəm. Ermənistanın ölkəmizə qarşı təcavüzünə dair təmas qrupunun yaradılması barədə bu konfransın qərarını təqdir etmək istərdim”. (APA)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
855 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...