ATƏT “üçlüyü” Berlində Dağlıq Qarabağı müzakirə edəcək

ATƏT “üçlüyü” Berlində Dağlıq Qarabağı müzakirə edəcək


Hazırda ATƏT sədri olan Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer aprelin 12-də Berlində təşkilat üzrə həmkarları, Serbiya və Avstriya xarici işlər nazirləri İvitsa Daçiç və Sebastyan Kurtsu qəbul edəcək.

APA-nın məlumatına görə, bu barədə Almaniya XİN-in məlumatında bildirilir.

ATƏT “üçlüyü”nə təşkilatın əvvəlki, hazırkı və növbəti ildəki sədr-ölkələri daxildir. Görüşdə həmçinin ATƏT-in baş katibi Lamberto Zanyer iştirak edəcək.

“Danışıqların əsas mövzusu ATƏT-də sədrlik edən ölkələrin Dağlıq Qarabağ və Ukraynada münaqişənin nizamlanmasına dair səyləri olacaq. Həmçinin ATƏT-in miqrasiya məsələlərindəki roluna toxunulacaq”, - məlumatda deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
843 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...