PA-dan ADR-in iqtisadi islahatlarla bağlı təkliflər paketinə müsbət cavab verildi
Prezidentin iqtisadi İslahatlar üzrə köməkçisi Natiq Əmirov Azərbaycan Demokratiya və Rihaf (ADR) Hərəkatının təqdim etdiyi "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”nə baxılması barədə müraciətə cavab verib.
APA-nın məlumatına görə, bu barədə ADR sədri Qubad İbadoğlu sosial şəbəkədə məlumat yayıb. O qeyd edib ki, cavab məktubunda təkliflərin nəzərə alınacağı bildirilib. N. Əmirovun məktubunda deyilir: “”Azərbaycan Demokratiya və Rifah Hərəkatı” İctimai Birliyi tərəfindən hazırlanmış “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi” adlı sənəd layihəsinə tərəfimizdən baxılıb. Bildiririk ki, göndərilən layihədə məqsədəuyğun hesab edilən təkliflər dövlətin və cəmiyyətin marağı nəzərə alınmaqla aparılan iqtisadi islahatların gedişi prosesində nəzərə alınacaqdır. Əməkdaşlığa, verdiyiniz təkliflərə görə təşəkkürümüzü bildiririk”.
Q. İbadoğlu bundan sonra da hökumətə bu istiqamətdə dəstək verməyə hazır olduqlarını vurğulayıb.
867 dəfə oxundu