“Mən Gəncəyə Surət Hüseynovu öldürməyə getmişdim”

“Mən Gəncəyə Surət Hüseynovu öldürməyə getmişdim”.

Yenisabah.az xəbər verir ki, bunu LAF TV-yə geniş müsahibəsində Nemət Pənahlı deyib.

Ona verilən “Surət Hüseynov qiyamçı idimi” sualına Meydan Hərəkatının keçmiş iştirakçısı “Yox” cavabı verib.

N. Pənahlının sözlərinə görə, o, S. Hüseynovun atasının hüzr mərasiminə iştirak etmək üçün 1993-cü ildə Yevlaxa yollanıb.

Başqa bir iddiasına görə, o vaxtlar keçmiş baş nazir haqqında dolaşan şayiələrin yalan olduğuna şahid olub. S. Hüseynovla şəxsi görüşü zamanı onu yarana biləcək təhlükə barədə xəbərdar edib.

N. Pənahlı keçmiş AXC hakimiyyətinin üzvlərinə qarşı sərt ittihamlar səsləndirib və onları vəziyyəti gərginləşdirməkdə ittihamlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
738 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...