"Ermənistan etməli olduğunun ən xırda addımını atmayıb"
"Azərbaycan Zəngəzur yolunun açılmasına ciddi maneələr yaradıldıqdan sonra Xankəndi və ətraf rayonlarda yaşayan ermənilər üçün Ağdam yolunun istifadəsinin mümkün olduğunu deyəndən və Laçın yolunu humanitar zəruri gedişlər istisna olmaqla digər kommunikasiyaya qapatdıqdan sonra, Ermənistan tərəfi kütləvi təbliğat əməliyyatları qurur və hazırda 19 yük maşını 400 ton yüklə Laçındakı keçid məntəqəsinə gəlib gözləyir".
Yeniavaz.com xəbər verir ki, bu barədə hüquqşünas Ələsgər Əhmədoğlu (Məmmədli) sosial şəbəkə hesabında məlumat yayıb.
Hüquqşünas bildirib ki, Laçın yolunun Ermənistandan gələnlərə bağlı saxlanılmasının ciddi səbəbi var:
"Bu yolun istifadəsini nəzərdə tutan hüquqi əsas 10 noyabr Bəyanatıdır. Həmin sənədin icrası çoxsaylı fəaliyyətləri nəzərdə tuturdu. Bunlardan bir hissəsi ilk günlərdə və aylarda icra olundu. Ruslar bölgəyə zorakı gəlib yerləşdi, Kəlbəcər rayonu gecikməli olsa da boşaldıldı (tam boşaldılmasa da), Ağdam, Laçın rayonları əsasən boşaldıldı. 3 il olmadan Azərbaycan alternativ yol çəkib, ermənilərin istifadəsinə verdi və Laçın şəhərinin də kontrolunu əlinə aldı.
Amma icra edilməyən və edilməsi üçün də hər hansı cəhd edilməyən məqamlar açıq qalır. 3 ildir Azərbaycan müxtəlif platformalarda nə qədər cəhd etsə də əsasən Azərbaycanın mənafelərinə xidmət edən və ermənilər üçün öhdəlik yaradan (bəzi öhdəliklər BMT və Rusiya üçün də nəzərdə tutulur) məsələlər düyünə salınıb və zərrə qədər məsafə qət edilməyib.
Bunlardan xüsusilə Laçın yolunun açıq tutulmasına eşdəyərdə olanı 10 noyabr Bəyanatının 9-cu maddəsindəki:
"Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir"
və
"Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir".
Göründüyü kimi "Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası" üçün tərəflərin razılığı şərti olsa da, ilk abzasda yer alan Naxçıvanla kommunikasiyanın açılması müzakirə olunmadan icra olunmalı məsələdir. Amma Ermənistan bu məsələdə dirənir, Rusiya isə qarant olduğu məsələdə Ermənistana zəruri basqı qurmur və təmin etmir.
Digər bir öhdəlik 10 noyabr Bəyanatının 7-ci maddəsindədir.
"7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır" - bu bənddə də öhdəliyin tərəfi sadəcə Ermənistan deyil həm də BMT-dir.
İndi Laçına girişinə cəhd edilən yüklərin monitorinqini aparan qərb dövlətləri yəqin ki, 10 noyabr Bəyanatının 6-cı maddəsini Azərbaycana xatırladıb, yüklərin girişinə təminat verməli olduğunu deyəcəklər. Çünki, Bəyanatda yazılıb ki: "Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir".
Amma Azərbaycanın da verməli olduğu cavab yenə 10 noyabr Bəyanatının 9-cu maddəsindədir. Orada da Naxçıvana gedən yüklər və kommunikasiya üçün Ermənistan zəmanət verib.
Azərbaycan 3 ilə yaxındır zəmanətə uyğun olaraq həm hərəkətə imkan verib, həm də yeni yol, infrastruktur tikib, istifadəyə verib. Yəni xırda kəsintilər istisna olmaqla zəmanət verdiyi öhdəliyə əməl edir. Ermənistan isə heç bir əlavə razılaşma, danışıq şərti olmadan etməli olduğunun ən xırda addımını atmayıb. Odur ki, Azərbaycan tərəfi bu məsələdə tərəflərin öhdəliklərinə bərabər yanaşmanı tələb etməkdə dirənməli və Naxçıvanla olan yolun açılması qarşılığında Laçın yolunun yenidən istifdəsinə yaşıl içıq yandırmalıdır.
Azərbaycan tərəfi bu siyasi aksiyanı öncədən böyütməmək üçün iki önəmli addım atmalı idi:
Eyni şəkildə Naxçıvana gedən yükləri Ermənistan sərhədinə toplamaq və keçid sərbəstliyi tələb etmək;
Qarabağın dağlıq hissəsindən (Xankəndi, Xocalı, Xocavənt, Ağdərə və s.) məcburi köçkünlərin yükləri ilə birlikdə Şuşaya toplayıb BMT-dən təcili əraziyə girişini təmin etməyi tələb etmək;
Atalarımız boşuna deməyib: "pazı pazla çıxararlar"".
519 dəfə oxundu