Dövlət Departamenti: “Razılaşma “əldə oluna bilər, amma güzəştə ehtiyac var”

Dövlət Departamenti:
Çərşənbə günü ABŞ bildirib ki, Azərbaycan və Ermənistan arasında razılaşma “əldə oluna biləcəyini” hesab edir, amma hər iki tərəfdən güzəştə ehtiyac var, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Düşünürük ki, həllini gözləyən məsələlərin sayı azalmaqla, razılaşma əldə oluna bilər, amma bu… əlbəttə ki, hər iki tərəfdən güzəştə hazır olmalarını tələb edəcək”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller gündəlik brifinqdə Turan-ın suallarına cavabda bildirib.

“… Biz (sülh razılaşması) əldə oluna bilər dedikdə, onların (tərəflərin) bir sıra məsələlərdə ciddi irəliləyiş əldə etdiklərini nəzərdə tuturuq”, deyə Miller bildirib. “Sonuncu görüşdə (xarici işlər nazirlərinin) onlar həll edilməmiş məsələlərin sayını azaldıblar”.

Millerin şərhləri çərşənbə günü, dövlət katibi Entoni Blinkenin “ABŞ-ın Ermənistan-Azərbaycan sülh müzakirələrinə sarsılmaz dəstəyini ifadə etmək və danışıqlarda yaradıcı yanaşma, elastiklik və güzəşt zərurətini qeyd etmək” üçün Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışmasından sonra səslənib.

“Dövlət katibi Blinken Laçın yolundan ticari, humanitar və şəxsi nəqliyyat vasitələrinin sərbəst keçməsinin vacibliyini qeyd edib”, deyə məlumatda bildirilir. “o, hər iki tərəfin möhkəm və layiqli sülh haqqında danışıqlarda müsbət dinamikanı qoruyub saxlaması zərurətini vurğulayıb”.

Blinken danışıqlara daimi dəstəyini və birbaşa dialoqu davam etdirməyin vacibliyini bildirmək üçün dünən Ermənistanın baş naziri ilə də danışıb.

“Dövlət katibi Blinken hər iki ölkəni razılaşma əldə olunmasına sadiq qalmağa çağırıb. O, möhkəm və layiqli sülhə müsbət təkanın qorunub saxlanması zərurətini vurğulayıb”, deyə Dövlət Departamentinin Paşinyanla telefon söhbəti haqqında məlumatında bildirilir.

Turan-ın dövlət katibinin tərəflərlə son görüşü və gələcəkdə hər hansı görüş planlaşdırılıb-planlaşdırılmadığı haqqında sualına cavabda Miller belə deyib: “hələlik heç bir görüş planlaşdırılmayıb, biz Ermənistan və Azərbaycan (xarici işlər) nazirləri arasında növbəti görüşü səbrsizliklə gözləsək də, məndə yeni bir məlumat yoxdur”.

Vaşinqton/12.07.23/Turan: Çərşənbə günü ABŞ bildirib ki, Azərbaycan və Ermənistan arasında razılaşma “əldə oluna biləcəyini” hesab edir, amma hər iki tərəfdən güzəştə ehtiyac var, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Düşünürük ki, həllini gözləyən məsələlərin sayı azalmaqla, razılaşma əldə oluna bilər, amma bu… əlbəttə ki, hər iki tərəfdən güzəştə hazır olmalarını tələb edəcək”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller gündəlik brifinqdə Turan-ın suallarına cavabda bildirib.

“… Biz (sülh razılaşması) əldə oluna bilər dedikdə, onların (tərəflərin) bir sıra məsələlərdə ciddi irəliləyiş əldə etdiklərini nəzərdə tuturuq”, deyə Miller bildirib. “Sonuncu görüşdə (xarici işlər nazirlərinin) onlar həll edilməmiş məsələlərin sayını azaldıblar”.

Millerin şərhləri çərşənbə günü, dövlət katibi Entoni Blinkenin “ABŞ-ın Ermənistan-Azərbaycan sülh müzakirələrinə sarsılmaz dəstəyini ifadə etmək və danışıqlarda yaradıcı yanaşma, elastiklik və güzəşt zərurətini qeyd etmək” üçün Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışmasından sonra səslənib.

“Dövlət katibi Blinken Laçın yolundan ticari, humanitar və şəxsi nəqliyyat vasitələrinin sərbəst keçməsinin vacibliyini qeyd edib”, deyə məlumatda bildirilir. “o, hər iki tərəfin möhkəm və layiqli sülh haqqında danışıqlarda müsbət dinamikanı qoruyub saxlaması zərurətini vurğulayıb”.

Blinken danışıqlara daimi dəstəyini və birbaşa dialoqu davam etdirməyin vacibliyini bildirmək üçün dünən Ermənistanın baş naziri ilə də danışıb.

“Dövlət katibi Blinken hər iki ölkəni razılaşma əldə olunmasına sadiq qalmağa çağırıb. O, möhkəm və layiqli sülhə müsbət təkanın qorunub saxlanması zərurətini vurğulayıb”, deyə Dövlət Departamentinin Paşinyanla telefon söhbəti haqqında məlumatında bildirilir.

Turan-ın dövlət katibinin tərəflərlə son görüşü və gələcəkdə hər hansı görüş planlaşdırılıb-planlaşdırılmadığı haqqında sualına cavabda Miller belə deyib: “hələlik heç bir görüş planlaşdırılmayıb, biz Ermənistan və Azərbaycan (xarici işlər) nazirləri arasında növbəti görüşü səbrsizliklə gözləsək də, məndə yeni bir məlumat yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
413 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...