“Muxtar Babayev istefa verməli, Baş Prokurorluq da Nazirlikdə araşdırmalar aparmalıdır”
“Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrin əvvəlində də qeyd etmişdik ki, məsələnin bu qədər şişməsində, qarşıdurmanın yaranmasında məsuliyyət birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə düşür. Çünki Nazirliyin vəzifə borcudur ki, bu cür ekoloji riskli layihələri daim diqqətdə saxlasın, monitorinq aparsın, əhalinin şikayətlərini dinləsin. Birbaşa vəzifə borclarıdır! ETSN zamanında monitorinqlər aparsaydı, xalqın narazılığı ilə bağlı addımlar atsaydı, insanları maarifləndirsəydi, onlar da belə qarşıdurmaya getməzdilər, belə hay-küy də çıxmazdı. Bu, birmənalıdır. Maraqlısı bu idi - nazir Muxtar Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin binasına daxil olarkən jurnalist ondan soruşur ki, gölün ətrafındakı ekoloji vəziyyət nə yerdədir? Nazir isə cavabında deyir ki, “bilirsiniz, hələ indi gəlmişik, araşdırma aparıb deyəcəyik”. Hansı ki o göl Söyüdlüdə 11 ildir, var. Bu müddət ərzində müxtəlif aylarda göldən nümunələr götürülməli idi. Ən azından Muxtar Babayev ora gedəndə əlində əvvəlki məlumatlar olmalı idi. Belə çıxır ki, insanlar ayağa qalxmasaydı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekologiyanın zəhərlənməsinə göz yumacaqdı, ərazi zəhərlənməyə davam edəcəkdi...”
Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
O bildirib ki, ümumiyyətlə, nazir Muxtar Babayevin özü istefa verməlidir, istefasını istəməlidir: “Prezidentin də işarə vurduğu “salam-əleyk” məsələsi varsa, bu, artıq hüquq-mühafizə orqanları, Baş Prokurorluq üçün bir siqnal olmalıdır ki, tək vətəndaşların fəaliyyətinin araşdırılması istiqamətində yox, hadisənin baş vermə səbəbləri istiqamətində də araşdırılma aparılmalıdır. Burada vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə borcunu yerinə yetirməmə halları da var. Bunların hamısı birbaşa Cinayət Məcəlləsində təsbit olunan maddələrdir. Baş Prokurorluq Nazirlik istiqamətində adiyyatı cinayət tərkibli araşdırmaları başlatmalıdır, nəinki istefa. Ki digərləri də dərslərini alsınlar... Hətta Prezident qeyd edir ki, 1 aydır, tapşırmışam, hələ də məruzə yoxdur. Prezidentə cavab vermək, məruzə etmək məsələsini yubadanlar, yola verənlər, görün indi xalqı heç nəzərə alarlarmı?”
637 dəfə oxundu