Ermənistanın yekun sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur - ŞƏRH
Qarabağda 44 günlük müharibə 30 illik işğala son qoymaqla yanaşı, Ermənistanda daxili siyasi, iqtisadi gərginliyə gətirib çıxarıb. Döyüş meydanında Ermənistanın aldığı zərbə o qədər sarsıdıcı olub ki, hələ də özünə gələ bilmir. Xaos və qarşıdurma, etiraz aksiyaları ölkənin gündəmini zəbt edib və proses davam edir. Ermənistan hakimiyyəti ümid edirdi ki, 30 illik işğal siyasəti əbədi olacaq, yaratdığı qondarma reallıq isə dəyişməyəcək. Lakin Azərbaycan döyüş meydanında qazandığı tarixi Qələbə bu fikri darmadağın etdi. Müharibədən keçən müddət ərzində Ermənistanda böyük əksəriyyət ümid edirdi ki, beynəlxalq havadarların dəstəyi ilə vaxtilə işğal etdiyi əraziləri geri qaytarmağa müvəffəq olacaq. Sərhədyanı ərazilərdə təxribatlar, münaqişələr yaratmaq cəhdləri də buna xidmət edirdi. Lakin bölgəni yeni müharibəyə cəlb etməyə çalışsa da, cəhdləri nəticəsiz qalıb.
Üçtərəfli razılaşmadan keçən üç ilə yaxın müddət nələri ortaya qoydu? Bəllidir Azərbaycan ki, postmünaqişə dövründə regionda sülh səyləri ilə yadda qalıb və xarici siyasət xəttində də bu prinsipə söykənir. Artıq Ermənistan da qismən də olsa, başa düşməyə başlayıblar ki, revanşizm cəhdləri heç bir fayda verməyəcək. Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaqdan başqa yol yoxdur. Bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi də onun xilası ola bilər. Müsbət olan hallardan biri odur ki, sülh müqaviləsinin imzalanmasında israrlı olan tək Ermənistanın baş naziri Nikol Paşinyan deyil, erməni cəmiyyətinin müəyyən dairələri də bu reallığı dərk etməyə başlayıb. Anlamağa çalışırlar ki, əsrlər boyu beyinlərinə yeridilən azərbaycanafob, türkofob siyasətin sonu yoxdur. Bu siyasət də şahidi olduqları məğlubiyyətə gətirib çıxarır. İşğalçı siyasət, başqasının torpağını işğal altında saxlamaq heç kimə, o cümlədən Ermənistana xeyir gətirmədi.
Reallıqları dərk etməyə başlayan rəsmi İrəvan artıq sülh danışıqlarına gedir. Ümid etmək olar ki, Ermənistan rəhbərliyi sülh müqaviləsinin imzalanmasına qarşı olan qüvvələrin müqavimətini qırıb yekun sazişə imza atsın. Bu yolun alternativi də yoxdur. İmza atmamaq Ermənistanın çöküşü, onun növbəti də regional layihələrdən kənarda qalmasına səbəb olacaq. Erməni cəmiyyəti sülh prosesinə mane olan xaricdəki dairələrin, erməni diasporuna yox, mövcud reallıqlara nəzər salsa yaxşı olar.
Rəsmi Bakının bütün səylər də məhz sülh prosesinin sürətləndirilməsinə yönəlib. Dövlətimizin başçısı tərəfindən bütün beynəlxalq tədbirlərdə və kürsülərdə Qarabağ iqtisadi zonamızdakı qanunsuz erməni terrorçuların tərk-silah edilməsi və digər məsələlərlə əlaqədar çox ciddi mesajlar verilir. Bu mesajlar odur ki, ya biz bu məsələni dinc yolla həll edəcəyik, ya da ki Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni terrorçuları tərk-silah edilərək çıxarılacaq.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin iyulun 11-də ilin altı ayının yekunlarına həsr olunan müşavirədə etdiyi çıxış Ermənistan və onun havadarları üçün ciddi bir mesajdır. Prezident bəyan edib ki, “qarşıda duran vəzifələrimizdən biri təbii ki, Ermənistanla olan münasibətlərimizdir. Burada, bu sahədə, yəni, nəticə təkcə bizdən asılı deyil. Halbuki bizim siyasətimiz Ermənistan tərəfini də vacib addımların atılmasına sövq edir. Ancaq, əlbəttə ki, bu, qarşılıqlı fəaliyyətdir. Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda mən hesab edirəm ki, belə imkanlar var. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir”.
Ölkə Prezidentinin çıxışında Ermənistana ünvanladığı mesajda maraqlı məqamlardan biri də, İrəvanın nəhayət ki, reallıqları başa düşməsi ilə bağlıdır. Dövlət başçısı bildirib ki, əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu da müsbət hal kimi qiymətləndirilməlidir. “İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Beləliklə, indi növbə Ermənistanındır. Səslənən bu bəyanatdan nəticə çıxaracaqmı? Sözsüz ki, Ermənistanın bu mövqeyə gəlməsi özxoşuna olmayıb. Onu belə bir mövqeyə gəlməyə məcbur edən Azərbaycan Ordusu, onun döyüş qabiliyyəti, aparılan uğurlu xarici siyasətdir. Məhz bu amillər Ermənistanı revanşist mövqedən geri çəkilməyə, reallıqları düzgün qiymətləndirməyə imkan verib. Ermənistan anlamalıdır ki, məhz mehriban qonşuluq siyasəti, başqasının torpağına göz dikmək siyasətinə son qoymaq onun inkişafına gətirib çıxaracaq. Götürək elə Türkiyə ilə əldə olunan razılaşmalarını. Rəsmi İrəvan anlayır ki, “soyqırımı”, əbədi antitürk siyasətinin sonu yoxdur. Bu səbəbdən də nəhayət ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq siyasətinə üstünlük verməyə başlayıb.
386 dəfə oxundu