"Vətəndaşı bu qədər aşağılamağın acı nəticələri olacaq"
“Dünyada karantin ləğv edilib, ÜST protokolları qüvvədən düşüb, virusla bağlı hətta qaranlıq məqamların araşdırıldığı dövr başlayıb, dünyada minlərlə məhkəmə işləri var, bizim məmurlar isə virusu bəhanə edib ölkəni nüfuzdan salırlar”.
GUNDEMİNFO.AZ xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli ölkədə xüsusi karantin rejiminin müddətinin daha 3 ay uzadılmasına münasibət bildirərkən özünün sosial şəbəkə hesabında yazıb.
“Əgər virus bəhanədirsə, əsas məsələ təhlükəsizlikdirsə, bu lap böyük rüsvayçılıqdır – belə çıxır ki, Azərbaycan Dövləti öz təhlükəsizlik konsepsiyasını quru sərhədlərin bağlı olması üzərinə inşa edib.
Heç yaxşı görüntü deyil, qonşularımızın sərhədi açıqdır, bəyəm bizdən güclü dövlətlərdirlər ki, öz təhlükəsizliklərini açıq sərhədlə təmin edə bilirlər, biz isə yox?! Axı heç nə olmasa da, Azərbaycanda güclü hüquq-mühafizə, total nəzarət sistemi yaradıblar, o zaman bu nə isrardır, bu nə yanaşmadır?!
Bu israrın acı nəticələri olacaq, insanı, vətəndaşı bu qədər aşağılamaq olmaz! Belə sistemlə sıxdıqları bütün “boltları” bir gün “sorvat” edəcəklər”, - N.Cəfərli bildirib.
Xatırladaq ki, bu gün Baş nazir Əli Əsədovun müvafiq qərarı ilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb.
576 dəfə oxundu