İsveçrədə niqablı qadınlar cərimələnəcək

İsveçrədə niqablı qadınlar cərimələnəcək
İsveçrədə ictimai yerlərdə üzü örtən dini geyimlərlə bağlı qadağanı pozan qadınları cərimələyəcəklər.

Məlumata görə, belə geyimlərlə ictimaiyyət arasına çıxan xanımlar üçün 1000 İsveçrə frankı (təxminən 1700 azn) məbləğində cərimə nəzərdə tutan qanun layihəsi parlamentə göndərilib.

Xatıraladaq ki, 2021-ci ilin martında İsveçrədə referendum keçirilib və ictimai yerlərdə, o cümlədən nəqliyyatda, restoran və mağazalarda üzün gizlədilməsinə qadağa təklifi qəbul olunub. Qərarı ölkə vətəndaşlarının 51,2 faizi dəstəkləyib.

Mənbə: lenta.ru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
518 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...