Bu məhsulun qiyməti 6 manat bahalaşdı - SƏBƏB

Bu məhsulun qiyməti 6 manat bahalaşdı -
Oğuz rayonunda şabalıdın məhsuldarlığının aşağı düşməsi qiymətlərin artmasına səbəb olub.

Gundeminfo.az "Report"a istinadən xəbər verir ki, hazırda bazarda şabalıdın 1 kiloqramının qiymətində 5-6 manat artım müşahidə olunur.

Satıcılar ötən illə müqayisədə 10 dəfə daha az məhsul satdıqlarını bildirir.

Məhsuldarlığın ildən-ilə aşağı düşməsi sakinləri də narahat edir. Belə ki, hər il qurumaqda davam edən bəzi şabalıd ağaclarından heç 1 kq da şabalıd yığmaq mümkün olmayıb. Bu da Oğuz bazarına kəndlərdən gündəlik gətirilən şabalıdın azalmasına gətirib çıxarıb.

Qeyd edək ki, hazırda Oğuz bazarında 1 kq şabalıdın qiyməti növündən asılı olaraq 6-15 manat arasında dəyişir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
26 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...