Naxçıvana turist kimi gələn türkiyəlilərin Bakıya uçması qadağan edildi

Naxçıvana turist kimi gələn türkiyəlilərin Bakıya uçması qadağan edildi
“Azərbaycanın səlahiyyətli qurumlarından alınan məlumata görə, 6 sentyabr 2022-ci il tarixindən vətəndaşlarımızın “eyni yolla geri qayıtmaq şərti ilə” “Sədərək” gömrük keçid məntəqəsi vasitəsilə Naxçıvan Muxtar Respublikasına daxil olması mümkündür”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Naxçıvandakı Baş Konsulluğu məlumat yayıb.
"Bununla belə, Naxçıvanda yaşamayan vətəndaşlarımızın Azərbaycanın digər şəhərlərinə hava yolu ilə getməsinə icazə verilməyəcək.
Vətəndaşlarımızın səyahətlərini bu çərçivədə planlaşdırmaları tövsiyə olunur", - məlumatda bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
761 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...