Bakıdakı 25 milyonluq bağ evi ilə bağlı qərardad çıxarıldı

  Bakıdakı 25 milyonluq bağ evi ilə bağlı qərardad çıxarıldı
Bakı Apellyasiya Məhkəməsi sabiq deputat Qalib Salahzadənin hazırda Amerikada yaşayan eks-spiker Rəsul Quliyevə qarşı iddiası üzrə qərardad qəbul edib.
Gundeminfo.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hakim İlqar Kərimlinin çıxardığı qərardada əsasən, ekspertiza Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlunun istifadəsində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesi 2, 3 və 9 ünvanlarında yerləşən 72 sot torpaq sahəsinin, eləcə də, yaxınlıqda yerləşən Rəsul Quliyevin özünün adına olan torpaq sahəsinin dəqiq ünvanları və həqiqi mülkiyyətçilərini müəyyən etməlidir.
Bildirilir ki, Bilgəh qəsəbəsi, Zağulba şosesi 2, 3 və 9 ünvanlarında yerləşən 72 sot torpaq sahəsində Qalib Salahzadənin və onun yaxınlarının adına 8 mülkiyyət var.
İddiada bildirilir ki, Qalib Salahzadənin əlində həmin əraziyə aid 1994-cü ilin çıxarışı var. 2002-ci ildən isə qeydiyyat vəsiqələri olub. Həmçinin Rəsul Quliyevgilin adına olan torpaq sahəsi başqa bir ərazidədir. Onların çıxarışında ev göstərilmir, iddia etdikləri ünvanın Rusiya səfirliyinin Bilgəhdəki ərazisinə düşdüyü qeyd edilir.
Q.Salahzadə mətbuata açıqlamasında qeyd edib ki, R.Quliyev maklerlər vasitəsilə hazırda Ağasif Şakiroğlunun istifadəsində olan bağ evini satışa çıxarıb. Bağ evinin təxminən 25 milyon dollar qiyməti var.
Əgər ekspertiza R.Quliyevin adına olan torpaq sahəsinin fərqli ünvanda yerləşdiyi barədə qərar qəbul etsə, A.Şakiroğlu Zağulba şosesi 2, 3 və 9 ünvanlarındakı bağ evlərindən çıxarılacaq.
Hazırda A.Şakiroğlinin yaşadığı mübahisəli bağ evini mühafizə polislərinin qoruduğu bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
508 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...